Fitso Ukrayna üçün yeganə çıxış yolunu açıqladı

Fitso Ukrayna üçün yeganə çıxış yolunu açıqladı backend

Ukraynadakı münaqişənin hərbi həlli yoxdur və o, yalnız sülh danışıqları yolu ilə başa çata bilər.

Qaziler.az "RBC-Ukraine" istinadla xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Qdanskda Ukraynanın bərpasına dair keçirilən konfransda bəyan edib.

"Hesab edirəm ki, Aİ sülh təşəbbüslərini dəstəkləməlidir. Bu dağıdıcı müharibənin hərbi həlli yoxdur və o, yalnız danışıqlar masası arxasında dayandırıla bilər. Slovakiya üçün BMT Nizamnaməsinin əsas müddəalarına əsaslanan beynəlxalq hüquqa tam hörmətdən daha yaxşı alternativ yoxdur. Buna görə də hökumətimiz hər zaman daha böyük diplomatik səylər göstərməyə çağırır", - deyə Fitso qeyd edib.

Fitsonun sözlərinə görə, münaqişənin fəsadları Ukrayna sərhədlərindən çox-çox kənarda da hiss olunur.

QAZİLER.AZ