Almaniyanın "Volkswagen" avtokonserni mühərrik istehsalı üzrə ixtisaslaşmış törəmə müəssisəsini ABŞ şirkətinə satır.
Qaziler.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Sövdələşmənin məbləği 7,4 milyard avro təşkil edəcək.
Nəşrin məlumatına görə, söhbət "Everllence" firmasından gedir. Şirkətin 51% səhminin ABŞ-nin "Bain Capital" investisiya şirkətinə satılması planlaşdırılır.
Bildirilir ki, müəssisə hərraca çıxarılıb və "Bain Capital"ın qalib gəlməsi bir çoxları üçün gözlənilməz olub. İlkin satış qiyməti isə açıqlanmır.
Bundan əvvəl "Volkswagen"in rəhbəri Oliver Blüme sərt qənaət kursunu və 2030-cu ilə qədər 50 min əməkdaşın ixtisar edilməsi planlarını təsdiqləmişdi. Konsern həmçinin 2030-cu ilə qədər Avropa zavodlarında istehsalı daha 500 min avtomobil azaltmaq niyyətində olduğunu açıqlamışdı.
QAZİLER.AZ



