Hindistanda bina uçub: Həlak olanlar var

Hindistanda bina uçub: Həlak olanlar var backend

Hindistanın Qərbi Benqaliya ştatının paytaxtı Kalkutta şəhərində anbarın çökməsi nəticəsində azı 10 nəfər həyatını itirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Press Trust of India" (PTI) agentliyi məlumat yayıb.

Fövqəladə hallar xidmətləri uçmuş anbarın dağıntılarını təmizləyərək axtarış-xilasetmə əməliyyatına başlayıb. Dağıntılar altında qalan insanların tapılması üçün xilasedicilər hərbi yerüstü radar sistemlərindən istifadə edirlər. Bu sistemlərin köməyi ilə dağıntılar altından 20 fəhləni sağ çıxarmaq mümkün olub. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, hadisə anbarın tikintisi zamanı təhlükəsizlik normalarına əməl olunmaması səbəbindən baş verib.

Polis obyekt sahibini həbs edib, binanın uçması faktı ilə bağlı cinayət işi açılıb.

QAZİLER.AZ