Tusk Ukraynanı yenidən quracağına söz verdi

Tusk Ukraynanı yenidən quracağına söz verdi backend

Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, Varşava münaqişə başa çatdıqdan sonra Ukrayna ərazisindəki şəhərlərin bərpasına kömək edəcək və bu, həmrəylik sayəsində baş tutacaq.

Qaziler.az xəbər verir ki, onun bu sözlərini "Ukrinform" agentliyi sitat gətirib.

"Biz hamımız burada, Ukraynada və Avropada inanırıq ki, Ukrayna Rusiyanın təcavüzünün qarşısını alacaq və Ukraynanın bərpası ilə bağlı planlarımız var. Müharibədən sonra dağıdılmış Ukrayna şəhərlərini birlikdə yenidən quracağımızı deyərkən, buna inandığımız üçün bu sözləri səsləndiririk. Bu, müharibədən sonra və bizim həmrəyliyimiz sayəsində baş verəcək", - deyə Tusk bildirib.

Siyasətçinin sözlərinə görə, bərpa prosesi təkcə infrastruktura aid deyil. Polşanın Baş naziri xatırladıb ki, Ukrayna vahid Avropanın bir hissəsi olmaq istəyir və bunun şərti öz tarixini anlamaq, həmçinin barışığa dair real bacarıq və hazırlıq nümayiş etdirməkdir.

QAZİLER.AZ