İsrail ordusunun (IDF) Livanın cənubunda təhlükəsizlik zonasının bir hissəsindən çıxması ilə bağlı xəbərlər təkzib edilib.
“Reuters“in xəbərinə görə, İsrail və Livan rəsmiləri bu xəbərin doğru olmadığını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl anonim ABŞ rəsmisi “Reuters“ə verdiyi açıqlamada İsrailin Livanın cənubunun bir hissəsindən çıxdığını və həmin ərazilərə Livan ordusunun yerləşdiriləcəyini deyib.
Xatırladaq ki, İsrail və Livan nümayəndə heyətləri arasında Vaşinqtonda keçirilən görüşlərdə Livanda “pilot zona”ların yaradılması müzakirə olunub.
***
13:26
İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasının bir hissəsini tərk edib.
Bu barədə anonim ABŞ rəsmisi “Reuters”ə bildirib.
Onun sözlərinə görə, həmin ərazilərə Livan ordusu daxil olacaq.
Mənbə dəqiq olaraq hansı bölgələrin İsrail qüvvələri tərəfindən boşaldıldığını deməyib.
“İsrail bufer zonanın bir hissəsində çıxmaqla konkret addım atıb. Bu, Livanın legitim hökumətinə qarşı atılmış bir xoşməramlı addımdır. İndi Livan ordusu bu ərazilərə girməli və oranı terror infrastrukturundan təmizləməlidir”, - qeyd edilib.
Mənbə bildirib ki, bu, Livanın cənubundakı bütün bölgələrdə bir model olacaq və əhalinin həmin yerlərə təhlükəsiz şəkildə qayıtmasına gətirib çıxaracaq. (apa)



