Venesuelada güclü zəlzələ: ən azı 32 nəfər ölüb, 700-dən çox insan yaralanıb - VİDEO

Venesuelada güclü zəlzələ: ən azı 32 nəfər ölüb, 700-dən çox insan yaralanıb - VİDEO backend

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

Qaziler.az  xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.

Bildirilir ki, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

Xeyli insanın itkin düşdüyü bildirilir.

 

***

06.27

Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, zəlzələlər nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

Məlumata görə Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.

“Reuters”-in Delsi Rodrigezə istinadən verdiyi məlumata görə, Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.

Rodrigez, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlayıb.

Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.

Demək olar ki, eyni vaxtda Yaponiyanın İvate prefekturası sahillərində də 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Sakit Okeanda qeydə alınıb və bu da Yaponiya hakimiyyətini sunami xəbərdarlığı verməyə və potensial təsirləri izləməyə vadar edib.