Bir neçə ölkə Venesuelaya yardım təklif edib

Bir neçə ölkə Venesuelaya yardım təklif edib backend

Xəbər verildiyi kimi, bu gün Venesuelada güclü zəlzələ baş verib.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib ki, bir sıra güclü təkanlardan sonra bir neçə ölkə və beynəlxalq təşkilat Venesuela ilə həmrəylik ifadə edib və ölkəyə yardım təklif edib.

"Zəlzələlərdən dərhal sonra həmrəylik və dəstək ifadə etmək üçün Venesuela ilə əlaqə saxlayan dünya hökumətlərinə təşəkkür etmək istəyirəm", - Delsi Rodrigez deyib

Onun sözlərinə görə, ABŞ, Panama, Qətər, Kuba, Nikaraqua, Türkiyə, İordaniya, Kolumbiya, Barbados, Birləşmiş Krallıq, Braziliya və Meksika dərhal ölkəyə dəstəyini bildiriblər. BMT və beynəlxalq maliyyə qurumlarının nümayəndələri də hökumətlə əlaqə saxlayaraq təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək etməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb, 700 insan xəsarət alıb.

QAZİLER.AZ