NYT Venesueladakı zəlzələni son 126 ilin ən güclü zəlzələsi adlandırıb

NYT Venesueladakı zəlzələni son 126 ilin ən güclü zəlzələsi adlandırıb backend

Çərşənbə axşamı Venesuelada baş verən zəlzələ 1900-cü ildən bəri ölkədə baş verən ən güclü zəlzələ olub.

Qaziler.az bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

“Bu zəlzələnin müasir cihazlarla qeydə alınmış məlumatları mövcud olmadığından, onun maqnitudasının hesablanması bölgədə baş vermiş dağıntılar və nəticələr barədə məlumatlara əsaslanır,” – deyə ABŞ-ın United States Geological Survey təşkilatının geofiziki Paul Earle bildirib.

1900-cü ildə San Narsisoda baş verən zəlzələnin gücü 7,7 bal idi. Karakasda 21 nəfər öldü, 50 nəfər yaralandı, təxminən 300 ev dağıldı, hökumət binaları və bir universitet zərər gördü. Venesuela Cənubi Amerika və Karib dənizi tektonik plitələri arasında yerləşir, buna görə də ölkədə zəlzələlər olduqca yaygındır.

Xatırladaq ki, bu gün Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.

Zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

QAZILER.AZ