ABŞ prezidenti Donald Tramp bildirib ki, NATO sammitində iştirak etməsinin əsas səbəblərindən biri Türkiyə prezidenti Recep Tayyip Ərdoğana duyduğu hörmətdir.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, o, Ərdoğanı güclü lider adlandıraraq, Türkiyə ilə münasibətlərə önəm verdiyini vurğulayıb.
Tramp həmçinin NATO daxilində müttəfiqlik münasibətlərinin qorunmasının vacibliyindən danışıb.
Xəbərdə o da qeyd olunur ki, 7-8 iyul tarixlərində keçiriləcək Ankara NATO sammiti çərçivəsində Tramp və Ərdoğan arasında ikitərəfli görüşün baş tutacağı gözlənilir.



