Almaniya kansleri Fridrix Merts əmindir ki, NATO avropalı müttəfiqləri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək Alyans sammitində Ukraynaya dəstək siqnalı göndərməlidirlər.
O, bu açıqlamanı Berlində aparıcı Avropa ölkələrinin liderləri ilə görüşdən sonra çıxışında edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə "Tagesspiegel" yazır.
Çərşənbə günü Almaniya kansleri Ukraynaya dəstək və Türkiyədə keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün E5 ölkələri - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa liderlərinin görüşünü təşkil eti. NATO-nun baş katibi Mark Rutte də danışıqlara videokonfrans vasitəsilə qoşuldu.
Görüş zamanı Merts, NATO sammiti üçün avropalılardan gələn beş müraciəti açıqladı və bunun, çox güman ki, ABŞ prezidenti Donald Trampa ünvanlanacağı gözlənilir.
Kansler bildirib ki, bütün A5 liderləri güclü və vahid Alyansı və onun Avro-Atlantik regionunda təhlükəsizliyin təmin edilməsindəki rolunu yekdilliklə dəstəkləyirlər.
Merts vurğuladı ki, Avropa ölkələri, xüsusən də müdafiə xərclərini artırmaqla NATO-nu yeniləmək və onun Avropa təməlini gücləndirmək istəyirlər.
O, həm transatlantik, həm də Avropa əməkdaşlığının gücləndirilməsini qeyd edib.
Almaniya hökumətinin başçısı həmçinin avropalıların Ukraynaya dəstək üçün Ankaraya açıq şəkildə siqnal göndərməsini təklif etdi.
QAZİLER.AZ



