Otlağa ildırım düşməsi nəticəsində 90 qoyun birdən tələf oldu

Otlağa ildırım düşməsi nəticəsində 90 qoyun birdən tələf oldu backend

Sloveniyanın şimal-qərbindəki Krasyi Vrh yaxınlığındakı Alp otlaqlarında təxminən 90 qoyun ildırım vurması nəticəsində tələf olub.

Qaziler.az bildirir ki, respublikanın Qida Təhlükəsizliyi, Baytarlıq və Bitki Mühafizəsi İdarəsi bu barədə 24 iyun tarixində məlumat verib.

"24 iyun tarixində idarə Krasyi Vrh ərazisində otlayan təxminən 90 qoyunun tələf olması barədə məlumat alıb. Ölən heyvanların əksəriyyəti əlçatmaz qayalıqda tapılıb", - idarənin veb saytında bildirilir.

Rəsmi orqan qeyd edib ki, ölən heyvanların cəsədlərində ildırım vurması ilə əlaqəli əlamətlər, o cümlədən yanıqlar müşahidə olunub.

QAZİLER.AZ