Vaşinqton Moskvadan Ukrayna ilə bağlı yeni güzəştlər tələb edir - Lavrov - VİDEO

Vaşinqton Moskvadan Ukrayna ilə bağlı yeni güzəştlər tələb edir - Lavrov - VİDEO backend

ABŞ Moskvadan Ukrayna ilə bağlı "daha çox güzəşt" istəyir.

Vaşinqton hələ də Ukrayna münaqişəsinin həlli ilə bağlı öz təkliflərini verməyib və güzəştlər tələb edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bunu 24 iyunda "Primakovski oxuları" beynəlxalq elmi və ekspert forumundakı çıxışı zamanı bildirib.

Rusiya XİN rəhbəri Alyaskada əldə edilən anlaşmaların əvvəlcə kompromis olduğunu vurğuladı. Lakin Amerika tərəfi hazırda Moskvadan əlavə addımlar tələb edir.

O qeyd etdi ki, ABŞ-ın məsələyə yanaşması o vaxtdan bəri əhəmiyyətli dərəcədə dəyişib.

ABŞ prezidenti Donald Trampla Avropa liderləri arasında məsləhətləşmələrdən və Ukrayna lideri Vladimir Zelenski ilə müzakirədən sonra proses dayandırıldı.

QAZİLER.AZ