Tramp İranı danışıqları dayandırmaqla hədələdi

Tramp İranı danışıqları dayandırmaqla  hədələdi backend

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa başlayacağı təqdirdə İranla danışıqları dayandıracağı ilə hədələyib.

Qaziler.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Eyni zamanda, Trampın sözlərinə görə, ABŞ mediada yayılan xəbərlərin əksinə olaraq, Tehranın Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum tələb etməyəcəyinə dair İrandan təminat alıb.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit etməli və danışıqların yeni mərhələsinə start verməli olan müvəqqəti anlaşma memorandumu imzalayıblar. Sənəd 60 gün müddətinə hesablanıb. Bura hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və ABŞ tərəfindən İran limanlarının dəniz blokadasının qaldırılması daxildir.

QAZİLER.AZ