Moskvada kanistr ajiotajı: benzinə görə qiymətlər artıb, mal tapılmır

Moskvada kanistr ajiotajı: benzinə görə qiymətlər artıb, mal tapılmır backend

Moskvanın avtomobil mağazalarında yanacaq kanistrlərinin qıtlığı yaranıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qablar alverçilər tərəfindən kütləvi şəkildə alınır və böyük qiymət artımı ilə yenidən satılır.

Qeyd olunur ki, son həftələr ərzində kanistrlərin qiyməti həcmindən və materialından asılı olaraq 20–40% qalxıb. Əgər yaxın zamanlarda beş litrlik tutumu 300 rubla almaq mümkün idisə, hazırda qiymət 500 rubldur. İyirmi litrlik kanistrin qiyməti isə artıq 4 min rubla çatıb. Lakin hətta baha qiymətlərlə olsa belə, mağazalarda mal yoxdur. Qabı yalnız internetdəki alverçilərdən tapmaq mümkündür.

Kanistrlərin ardınca qıf, süzgəcli qıf, şlanq, yanacaq vurmaq üçün nasos və hətta rezin əlcəklərə də tələbat artıb. Bəzi mağazalarda malı qablaşdırma şəklində birbaşa vitrinə qoyurlar. Alıcılar isə sifarişi əvvəlcədən verməli və tədarükü təxminən bir gün gözləməli olurlar.

Avtomobil mağazalarının əməkdaşları sürücülərə yanacaq qatqıları almağı tövsiyə edirlər. Onların sözlərinə görə, qıtlıq fonunda artıq bəzi insafsız satıcılar benzini durulaşdırır və ya 92 oktanlı benzini 95 kimi təqdim edir.

QAZİLER.AZ