Fransa Səhiyyə Nazirliyi ölkədə Ebola virusuna ilk yoluxma halını aşkar edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Parisien" qəzeti nazirliyə istinadən məlumat yayıb.
Yoluxan şəxsin Konqo Demokratik Respublikasından (KDR) qayıdan humanitar təşkilatın həkimi olduğu bildirilir. Nazirlik tibb işçisinin test nəticəsinin pozitiv çıxdığını təsdiqləyib.
Nəşrdə qeyd olunub ki, bu hadisə Fransa ərazisində qeydə alınan ilk yoluxmadır.
Xəstənin vəziyyəti və hazırda harada yerləşdirilməsi barədə məlumat verilmir.
QAZİLER.AZ



