Pezeşkianla Şərifin ağacəkmə mərasimində maraqlı anlar - VİDEO

Pezeşkianla Şərifin ağacəkmə mərasimində maraqlı anlar -  VİDEO backend

İyunun 23-də İran prezidenti Məsud Pezeşkianın Pakistana səfəri çərçivəsində keçirilən fidanəkmə mərasimindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.

Qaziler.az bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.

Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birlikdə İran və Pakistan dostluğunu simvolizə edən fidanın əkilməsi mərasimində iştirak edib. Mərasim zamanı liderlər fidanı əvvəlcədən hazırlanmış əraziyə yerləşdirərək ətrafına torpaq töküblər.

Videoda Pezeşkianın fidanı yerinə qoyduqdan sonra torpaq tökməyə davam etdiyi görünür. Eyni zamanda, Şahbaz Şərifin jestlərlə mərasimin rəmzi hissəsinin başa çatdığını bildirməyə çalışdığı diqqət çəkir.

Kadrlarda baş nazirin təbəssümlə bir neçə dəfə mərasimi yekunlaşdırmağa cəhd edərək Pezeşkiana toxunduğu, Pezeşkianın isə işini davam etdirdiyi əks olunub.

QAZİLER.AZ