Fransada anomal istilər 70 minə yaxın evi işıqsız qoyub

Fransada anomal istilər 70 minə yaxın evi işıqsız qoyub backend

Fransanın şimal-qərbində yerləşən Bretan bölgəsində anomal isti havanın səbəb olduğu transformator qəzası nəticəsində 68 minə yaxın ev elektrik enerjisiz qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə Finister departamentinin prefekturası məlumat yayıb.

"Hazırda elektrik kəsintisi davam edir. Departamentin cənub-qərbində təxminən 68 000 ev hələ də işıqsızdır. Texniki səbəblərdən RTE elektrik şəbəkəsi operatoru bu gün evlərin elektrik təchizatını bərpa edə bilməyəcək. Şəbəkəyə qoşulma ən tezi iyunun 24-ü günün sonunda baş tutacaq", - hakimiyyət orqanlarının "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

Fransada çərşənbə günü anomal isti hava səbəbindən 58 departamentdə ən yüksək – "qırmızı", 31 departamentdə isə "narıncı" təhlükə səviyyəsi elan edilib. İsti hava şəraitinə görə 10 minə yaxın təhsil müəssisəsinin fəaliyyəti dayandırılıb və ya dərs qrafiki dəyişdirilib, həmçinin dəmir yolu nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. İsti hava dalğasının fəsadları nəticəsində azı 5 nəfər ölüb, daha 40 nəfər isə su hövzələrində boğulub.

QAZİLER.AZ