ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə qapalı qapılar arxasında görüş keçirməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat ABŞ liderinin 24 iyun tarixinə olan iş qrafikindən məlum olub.
Ölkə prezidentinin qrafikinə əsasən, danışıqlar Vaşinqton vaxtı ilə saat 15:30-da Ağ Evin Oval ofisində başlayacaq. Görüşün mətbuata qapalı formatda keçiriləcəyi qeyd olunub.
"Euronews" nəşrinin məlumatına görə, NATO-nun baş katibi alyansın iyulda Ankarada keçiriləcək sammiti ərəfəsində "transatlantik gərginliyi" yumşaltmaq məqsədilə ABŞ-yə yola düşüb.
Ağ Evin rəhbəri ilə danışıqlardan başqa, Rüttenin Vaşinqtonda ABŞ prezidenti administrasiyasının yüksək rütbəli nümayəndələri ilə görüşləri və E5 qrupu ölkələrinin (Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniya) sammitində onlayn iştirakı da planlaşdırılıb.
QAZİLER.AZ



