Aİ rədd edilmiş miqrantları Özbəkistana göndərə bilər

Aİ rədd edilmiş miqrantları Özbəkistana göndərə bilər backend

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi sığınacaq mərkəzlərindən imtina cavabı almış miqrantlar üçün xüsusi mərkəzlərin yaradılması imkanlarını nəzərdən keçirir. Bu cür strukturların yerləşdirilməsi üçün mümkün meydançalar sırasında Ruanda və Özbəkistan müzakirə olunur.

Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təşəbbüsü Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderland dəstəkləyib. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, Avropa İttifaqı bu növ mərkəzlərin yaradılmasına dair ilk sazişləri 2026-cı ildə bağlamağı planlaşdırır, mərkəzlərin fəaliyyətə başlaması isə 2027-ci ildə gözlənilir.

Bununla yanaşı, "Politico"nun həmsöhbətləri qeyd ediblər ki, bu müəssisələrin yerləşdiriləcəyi dövlətlərin yekun siyahısı hələlik müəyyən edilməyib. Eyni zamanda, Misir və Liviya Avropa İttifaqı ərazisinə coğrafi yaxınlıqları səbəbindən mümkün variantlar siyahısından çıxarılıb.

Nəşr vurğulayır ki, "qayıdış mərkəzləri" adlanan bu strukturların təşkili ümumavropa institutlarının deyil, Aİ-yə üzv olan fərdi dövlətlərin səlahiyyətində olacaq

QAZİLER.AZ