Moskvada yerli hosteldə insanlara bıçaqla hücum edən xarici vətəndaş saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Ostorojno, Moskva" kanalı məlumat yayıb. Hadisə Derbenyevskaya küçəsində baş verib.
Kanalın məlumatına görə, 46 yaşlı kişi sərxoş vəziyyətdə olub. O, qonşularını bıçaqla yaralayıb. Münaqişədən sonra isə otağa gedərək yatıb.
Hadisə yerinə Rusiya Qvardiyasının (Rosqvardiya) əməkdaşları çağırılıb. Mütəxəssislər kişinin müqavimət göstərəcəyini ehtimal ediblər. Hadisə yerindən çəkilən görüntülərdə qvardiyaçının otağa silahla daxil olduğu, lakin xarici vətəndaşı öz çarpayısında rahatca yatmış vəziyyətdə tapdığı görünür.
Videoda həmçinin pilləkənlərdə böyük qan ləkələri və qırmızı izlər diqqət çəkib. Zərərçəkənlərə yardım göstərmək üçün gələn həkimlər də kadra düşüb. Saxlanılan şəxsin zərbələrindən qonşularının hansı xəsarətlər aldığı dəqiqləşdirilməyib.
QAZİLER.AZ



