İtaliyada 15 şəhərdə qırmızı xəbərdarlıq elan edilib

İtaliyada 15 şəhərdə qırmızı xəbərdarlıq elan edilib backend

İtaliyada həddindən artıq istilər səbəbindən 15 şəhərdə qırmızı xəbərdarlıq elan edilib

İtaliya Səhiyyə Nazirliyi çərşənbə axşamı günü Milan və Roma da daxil olmaqla 15 şəhər üçün qırmızı  xəbərdarlıq elan edib.

Qaziler.az bildirir ki, bu barədə AFP məlumat yayıb.

İtaliya Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, çərşənbə günü xəbərdarlıq veriləcək şəhərlərin sayı 16-ya çatacaq.

Qırmızı xəbərdarlıq zamanı - ən yüksək səviyyədə - nazirlik insanlara yüngül qidalar yeməyi, günün ən isti saatlarında evdə qalmağı və sərin duş qəbul etməyi məsləhət görür.

"Bu qeyri-adi istinin öhdəsindən gəlmək üçün nəqliyyatın işini təşkil edirik", - Bu barədə "Atac" nəqliyyat idarəsinin açıqlamasında bildirilir.

QAZİLER.AZ