ABŞ-ın daimi hərbi bazası Polşaya baha başa gələcək

ABŞ-ın daimi hərbi bazası Polşaya baha başa gələcək backend

Polşa ərazisində daimi ABŞ hərbi bazasının potensial tikintisi Polşaya təxminən 12 milyard zlotaya (təxminən 3,2 milyard dollar) başa gələcək.

Qaziler.az bildirir ki, bu barədə "Wirtualna Polska" onlayn portalı Polşa hökumətindəki  mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumatlara görə, ABŞ ya Poznan bölgəsində, ya da Vrotslav yaxınlığında daimi bazanın tikintisinə sıfırdan başlayacaq.

Portal qeyd edir ki, bu yerlər orada böyük aerodromların olması səbəbindən seçilib.

Amerika hərbçilərinin ailə üzvlərinin onlarla birlikdə Polşaya gəlməsi planlaşdırılır. Buna görə də, baza təxminən 25.000 şəxsi heyəti yerləşdirmək üçün bütün zəruri infrastrukturla təchiz olunmalıdır ki, bunlardan 11.000-15.000-i Amerika hərbçiləri olacaq.

Hazırda Polşada əsasən rotasiya əsasında təxminən 10.000 Amerika hərbçisi yerləşdirilib.

QAZİLER.AZ