Putin Zelenskinin məktubunu tənqid etdi

Putin Zelenskinin məktubunu  tənqid etdi backend

Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubu sülh danışıqları üçün zəmin yaratmır.

Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.  

Rusiya liderinin sözlərinə görə, bu növ müraciətlər yalnız müəyyən bir münaqişə potensialı yaratmağa xidmət edir.

Putin xatırladıb ki, Zelenskinin məktubunun dərc olunmasından üç gün sonra Ukrayna Silahlı Qüvvələri Starobelskdəki (KXDR/DNR) kollec yataqxanasına zərbələr endiriblər.

"Bunu necə başa düşmək olar? Burda şəxsi görüşlər və danışıqlar üçün hansı zəmindən söhbət gedə bilər?" – deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, iyunun 4-də Ukrayna Prezidentinin rəsmi saytında Zelenskinin Putinə ünvanlanmış açıq məktubu dərc olunmuşdu və o, hərbi münaqişəni "dürüst və ləyaqətlə" bitirməyi təklif etmişdi.

QAZİLER.AZ