Trampdan İranın dondurulmuş aktivləri ilə sərt qayda

Trampdan İranın dondurulmuş aktivləri ilə  sərt qayda backend

“Dondurulmamış İran aktivləri yalnız ABŞ-dan kənd təsərrüfatı məhsulları və dərman almaq üçün istifadə olunacaq”.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ Maliyyə Nazirliyi tərəfindən sərbəst buraxılan və ya sanksiyalar çərçivəsində əldə edilən vəsaitlər ABŞ-ın nəzarətində olan depozit hesabına yerləşdirilir. Bu vəsaitlər yalnız və istisnasız olaraq Birləşmiş Ştatlardan qida məhsulları və dərmanların, o cümlədən qarğıdalı, buğda və soyanın satın alınması üçün istifadə olunacaq", – deyə ABŞ lideri yazıb.

QAZİLER.AZ