ABŞ-nin Kaliforniya ştatının Çiko şəhərindəki kitabxanada baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə "San Francisco Chronicle" qəzeti məlumat yayıb.
Həlak olanların adları açıqlanmasa da, onların yaşlı şəxslər olduğu bildirilir. Hadisə zamanı bir azyaşlı da xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə operativ şəkildə gələn asayiş keşikçiləri ibtidai məktəbin yaxınlığında yerləşən kitabxananı tərk etməyə çalışan silahlı şəxsi saxlaya biliblər. Atəş açan şəxsin kimliyi hələlik gizli saxlanılır.
Nəşrin məlumatına görə, hadisə yerinə Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları da cəlb olunub.
QAZİLER.AZ



