"İran öz nüvə obyektlərində gələcək illərdə yoxlamaların aparılmasına qeyd-şərtsiz razılıq verib".
Qaziler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İran gələcək illərdə (əbədi!!!) yüksək səviyyəli nüvə təftişlərinə tamamilə razılaşdı. Onlar “nüvə dürüstlüyün” təmin edəcəklər. Əgər razılaşmasaydılar, heç bir növbəti danışıqlar baş tutmayacaqdı", – deyə ABŞ lideri qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai Tehranın İsveçrənin Bürgenştok şəhərində Atom Erenjisi üzrə Beynəlxalq Agentlik ilə nüvə obyektlərində yeni təftişlərin keçirilməsini müzakirə etmədiyini bildirmişdi.
QAZİLER.AZ



