Tehran İsrail silahlı qüvvələrinin (SAXAL) qısa müddətdə Livan ərazisini tərk etməsini tələb edib.
Qaziler.az xəbər verir ki, bu bəyanatla İranın Cenevrədəki daimi nümayəndəsi Əli Bəhreyni çıxış edib.
"Atəşkəs razılaşması İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını nəzərdə tutmalıdır. Hələ ki, bu baş verməyib. İran bunun yaxın vaxtlarda reallaşmasını vacib hesab edir", – deyə o, Cenevrədə jurnalistlərə bildirib.
İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində vasitəçi ölkələr – Pakistan və Qətərin iştirakı ilə İran və ABŞ arasında danışıqlar keçirilib.
QAZİLER.AZ



