“Öz silahımızı istehsal etməliyik” - Netanyahu

“Öz silahımızı istehsal etməliyik” - Netanyahu backend

İsrailin Baş naziri Benyamin Netanyahu silah tədarükü sahəsində xarici asılılığa son qoymağın və yerli istehsal bazasını gücləndirməyin vacibliyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri iyunun 23-də verdiyi bəyanatda açıqlayıb.

"Silah sahəsində müstəqillik istəyirəm", – deyə Baş nazir ehtiyatda olan kursantlarla görüşündə qeyd edib.

Netanyahu ABŞ-ın illərdir göstərdiyi hərbi dəstəyi yüksək qiymətləndirdiyini vurğulasa da, artıq ölkənin şəxsi müstəqil istehsal bazasına sahib olmaq vaxtının gəldiyini diqqətə çatdırıb:

"Biz öz silahımızı istehsal etməliyik. Asılılıqdan azad olmaq, gücümüzü artırmaq, daha çox texnologiya tətbiq etmək və gələcəkdə harada olacağımızı müəyyən edəcək sizin kimi komandir nəsilləri yetişdirmək üçün bu, mütləqdir".

QAZİLER.AZ