36-cı NATO sammiti ərəfəsində Ankarada gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" portalı məlumat yayıb.
İyunun 28-dən iyulun 10-dək Türkiyənin paytaxtında toplantılar, nümayişlər, mətbuat konfransları, mitinqlər, stendlərin və çadırların qurulması, vərəqələrin və bannerlərin paylanması qadağan ediləcək. Bundan əlavə, rəsmi icazə olmadan pilotsuz uçuş aparatlarının (dronların) havaya buraxılmasına da qadağa qoyulacaq.
Ankara Valiliyinin bəyanatına əsasən, sammitin keçiriləcəyi ərazilərdə, nümayəndə heyətlərinin yerləşəcəyi yerlərdə və hərəkət marşrutları boyunca təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndiriləcək. Bu zonalara icazəsiz girişlər də qadağan olunacaq.
QAZİLER.AZ



