Bu gün Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran ölkənin mərhum Ali lideri Əli Xamenei ilə vida mərasimi zamanı iştirakçıların çoxluğu, isti hava şəraiti və təşkilati çətinliklərin müəyyən risklər yarada biləcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı yazır.
Çəmranın sözlərinə görə, mərasimdə iştirak edən hər kəsin tədbiri əvvəldən sonadək izləməsi mümkün olmayacaq. Buna görə də o, vətəndaşlara mərasimin müxtəlif hissələrində və fərqli vaxtlarda iştirak etmələrini tövsiyə edib.
“İnsanlar marşrutlarını bölməli və mərasimdə mərhələli şəkildə iştirak etməlidirlər”, – deyə o bildirib.
Tehran Şəhər Şurasının sədri əlavə edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsi müəyyən təhlükələrlə müşayiət olunur və təşkilati məsələlər lazımi səviyyədə həll edilməzsə, ciddi insidentlərin baş vermə ehtimalı var.
QAZİLER.AZ



