“Telegram” messenceri bir həftəlik məhdudiyyətlərdən sonra Hindistanda yenidən işə düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti yazır.
Nəşrin məlumatına görə, “Google” şirkəti “Telegram”ı öz tətbiq mağazasında bərpa edib.
Hindistan rəsmiləri imtahan cavablarının sızması iddiası ilə iyunun 16-dan 22-nə qədər messencerin fəaliyyətini məhdudlaşdırmışdı.
Hindistanın Milli Test Agentliyi bildirib ki, bir neçə “Telegram” kanalı fırıldaqçılıq sxemlərindən istifadə edərək tibb universitetlərinə qəbul üçün saxta biletlər satıb. Nəticədə Hindistan hakimiyyətinin tələbi ilə “Apple” və “Google” “Telegram”ı öz tətbiq mağazalarından silmişdi.
Qeyd olunur ki, tətbiqin “App Store”da bərpası daha uzun çəkəcək.
QAZİLER.AZ



