ABŞ sahil mühafizəsinin helikopteri Alyaskada qəzaya uğrayıb

ABŞ sahil mühafizəsinin helikopteri Alyaskada qəzaya uğrayıb backend

ABŞ Sahil Mühafizəsinin MH-60 Jayhawk helikopteri Alyaskada qəzaya uğrayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Arktika Regionu (USCG Arctic) sosial media platforması X-də məlumat verib.

"Hazırda hadisə yerinə xilasedicilər və axtarış-xilasetmə xidmətləri gəlib", - məlumatda deyilir.

Qəza Alyaskanın Sitka şəhəri yaxınlığında baş verib. Ölən və ya xəsarət alan olmayıb.

QAZİLER.AZ