Litva Müdafiə Nazirliyi tutucu pilotsuz təyyarənin hazırlanması üçün 3 milyon avro ayırıb.
Litva Müdafiə Nazirliyi tutucu dronların hazırlanması üçün üç milyon avro ayırıb.
Qaziler.az bildirir ki, bu barədə "Sputnik Litva" Telegram-da məlumat verib.
Nəşrdə izah edildiyi kimi, dron "düşmən hava hədəflərini zərərsizləşdirmək" üçün lazımdır. Planlaşdırılır ki, o, nəticədə Litva hava hücumundan müdafiə sisteminin ayrılmaz hissəsinə çevriləcək.
Litva müdafiə naziri Robertas Kaunasın qeyd edib ki, nazirlik tutucu dronların ölkə daxilində "inkişaf etdirilməsini və istehsal olunmasını" istəyir.
Layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ texnoloji prototiplər hazırlayacaq üç iştirakçıya qədər maliyyələşdirməni, ikinci mərhələ isə ən yaxşı iki iştirakçıdan pilot partiyanın alınmasını əhatə edir.
QAZİLER.AZ



