Almaniya Belarusla sərhədə minlərlə əsgər yerləşdirir - Bild

Almaniya Belarusla sərhədə minlərlə əsgər yerləşdirir - Bild backend

Almaniya NATO-nun şərq cinahını qorumaq üçün Litvaya təxminən 5000 əsgər göndərəcək. Onlar Belarusla sərhəd yaxınlığında daimi olaraq yerləşəcəklər.

Qaziler.az Bild-ə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas məlumat verib.

Plana əsasən, Almaniya 2027-ci ilin sonuna qədər orada təxminən 5000 əsgərdən ibarət tamhüquqlu hərbi briqada yerləşdirəcək.

Kaunasın sözlərinə görə, hərbi infrastrukturun yaradılması təsdiq edilmiş qrafikdən on ay əvvəl gedir.

Meşələrin yerində yaşayış məntəqələri, məktəblər, uşaq bağçaları və tibb müəssisələri fəal şəkildə tikilir.

QAZİLER.AZ