Bu gün İranda nüvə proqramının dayandırılması üçün ilk addım atıla bilər

Bu gün İranda nüvə proqramının dayandırılması üçün ilk addım atıla bilər backend

İran rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) müfəttişlərini yenidən öz nüvə obyektlərinə dəvət etməyə razılıq verib.

Qaziler.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"İranlılar AEBA  müfəttişlərini yenidən öz ölkələrinə dəvət etməyə razı olublar", - deyə o bildirib.

Vens əlavə edib ki, bu, İranda nüvə proqramının tamamilə dayandırılması və ya yekun denüvələşməyə doğru ilk addımdır.

"Bu məhz bizim istədiyimiz və İrandan xahiş etdiyimiz şeydir", -  deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Vens AEBA müfəttişlərinin İrana iyunun 22-də gələ biləcəyini istisna etməyib.

"Mən bunun ən azı bu həftə baş verəcəyini gözləyirəm, lakin hesab edirəm ki, müfəttişlər və agentlik ilə bəzi danışıqlar artıq bu gün baş tuta bilər", — deyə o, mətbuat konfransında qeyd edib.

QAZİLER.AZ