Livan İsrail ilə atəşkəsə nəzarət orqanının yaradılmasını dəstəklədi

Livan İsrail ilə atəşkəsə nəzarət orqanının yaradılmasını dəstəklədi backend

Livan Prezidenti Cozef Aun ABŞ və Qətərin bütün regional cəbhələrdə, o cümlədən Livanın cənubunda atəşkəs rejiminin gücləndirilməsi istiqamətindəki səylərini dəstəkləyib.

Qaziler.az xəbər verir ki, Respublika rəhbərinin dəftərxanasından verilən məlumata görə, Aun ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Amerika liderinin kürəkəni Cared Kuşner, həmçinin Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefon danışıqları aparıb.

Dəftərxana tərəfindən yayılan mətndə deyilir: "Keçirilən söhbətlər zamanı hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq məqsədilə koordinasiya orqanının yaradılması imkanları müzakirə olunub. Prezident Aun davamlı atəşkəsə töhfə verəcək bütün tədbirləri bəyənib və atəşkəsə nəzarət mexanizminin hazırlanmasını dəstəkləyib".

QAZİLER.AZ