Britni Spirsdən gözlənilməz paylaşım: yenidən ana olmaq istəyir - FOTO 

Britni Spirsdən gözlənilməz paylaşım: yenidən ana olmaq istəyir - FOTO  backend

Amerikalı müğənni Britni Spirs uşaq dünyaya gətirmək istədiyini bildirib.

Qaziler.az xəbər verir ki, pop ifaçısı bu barədə "Instagram" sosial şəbəkəsində yazıb.

Britni Spirs əlində gitara ilə rəqs etdiyi videonu paylaşıb. Sənətçi musiqi alətini gələcəkdə uşağının olacağı ümidi ilə aldığını bəyan edib.

"Mən bunu nə vaxtsa uşaq dünyaya gətirə biləcəyim ümidi ilə Meksikada almışam", - deyə ulduz videonun şərhində qeyd edib.

Bununla belə, müğənni məhz nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. Qısa müddət sonra Spirs videonun altındakı mətni silib.

QAZİLER.AZ