ABŞ və İran arasında kritik danışıqlar başlayır: Tarix məlum oldu

ABŞ və İran arasında kritik danışıqlar başlayır:  Tarix məlum oldu backend

ABŞ və İran arasındakı memorandumun icra mexanizmləri və müvafiq komitələrin yaradılması üzrə ekspertlər səviyyəsində danışıqlar iyunun 22-də İsveçrədə başlayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

İran XİN rəhbərinin müavini Kazem Qaribabadi memorandumun icrası ilə bağlı ABŞ ilə aparılacaq növbəti danışıqlarda İranın ekspertlər qrupuna rəhbərlik edəcək.

Ötən gün İsveçrədə İran, ABŞ və Qətər nümayəndələrinin üçtərəfli görüşü keçirilib və görüşdə Livanda atəşkəsin elan olunması, həmçinin Tehranın dondurulmuş aktivlərinin sərbəst buraxılması məsələləri müzakirə edilib. İran nümayəndə heyəti danışıqlarda memorandumun beş bəndinin yerinə yetirilməsinə nail olmağa çalışıb.

QAZİLER.AZ