Rusiyadan Starmerin istefasına ilk reaksiya: "Vacib siqnaldır"

Rusiyadan Starmerin istefasına ilk reaksiya:  "Vacib siqnaldır" backend

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası müharibəni qızışdıran Avropadakı digər şəxslər üçün vacib bir siqnaldır.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "Telegram" kanalında yazıb.

Dmitriyev bir ildən artıqdır ki, Starmeri bu addımı atmağa çağırdığını xatırladıb və onun müharibəni alovlandırmağa yönəlmiş təxribatçı kursunu, miqrasiya siyasətindəki uğursuzluqlarını, cinayətkarlığın artmasını, energetika və iqtisadiyyatdakı səhvlərini qeyd etdiyini bildirib.

"Starmerin istefası müharibəni alovlandıran Avropadakı digər şəxslər üçün də mühüm siqnaldır", — deyə o vurğulayıb.

QAZİLER.AZ