Kir Starmer istefa çıxışında kövrəlib - VİDEO

Kir Starmer istefa çıxışında kövrəlib -  VİDEO backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer öz istefa çıxışında həyat yoldaşı Viktoriyaya minnətdarlığını bildirərkən kövrəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

"Ölkənin ən mühüm vəzifəsindən getdikdə, vaxtımı daha çox ən vacib işə həsr edəcəyəm: həm yaxşı, həm də pis günlərimdə mənə arxa-dayaq olan möhtəşəm həyat yoldaşım Viktoriya (Vik) üçün daha yaxşı bir ər, mənim qürurum və sevincim olan gözəl övladlarım üçün isə daha yaxşı bir ata olacağam", - deyə Starmer bildirib.

Britaniyanın Baş naziri titrəyən səslə, həmçinin son altı ildə göstərdikləri inanılmaz fədakarlıq, xidmət və dəstəyə görə yanında olan bütün dostlarına və həmkarlarına təşəkkür edib.

Qeyd edək ki, iyunun 22-də Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyasının lideri postunu tərk edəcəyini və vəzifəsindən istefa etdiyini bəyan edib. Baş nazir gedişi ilə bağlı qərarı anlayışla və hörmətlə qəbul etdiyini bildirib.

QAZİLER.AZ