ABŞ-də havada həyəcanlı anlar: təyyarələr toqquşmaqdan son anda xilas oldu

ABŞ-də havada həyəcanlı anlar: təyyarələr toqquşmaqdan son anda xilas oldu backend

Massaçusets ştatında yerləşən Boston beynəlxalq hava limanında iki sərnişin təyyarəsi az qala toqquşmaq təhlükəsi ilə üz-üzə gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ Federal Aviasiya İdarəsi məsələ ilə əlaqədar təhqiqata başlayıb.

Hadisə ötən həftə sonu baş verib. "Delta Air Lines" şirkətinə məxsus, Dallasdan (Texas ştatı) uçan təyyarə, havaya qalxmağa hazırlaşan "American Airlines" şirkətinin laynerinə çırpılmamaq üçün enişi təxirə salmalı və ikinci dövrəyə getməli olub. Həmin an hava gəmiləri arasındakı məsafə cəmi 90 metr olub.

QAZİLER.AZ