ABŞ İrana qarşı sərt bəyanatlar verməkdən əl çəkməlidir.
Bu İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində yazıb.
"Onlar dediklərinə daha diqqətli olmalıdırlar. Silahlı qüvvələrimiz onlara cavab verməyə hazırdır, amma sözlə deyil, başqa yollarla", - deyə o bildirib.
"Onların nə deməsinin əhəmiyyəti yoxdur, çünki biz danışmayacağıq, amma hərəkətə keçəcəyik", - deyə o əlavə edib. (trend)



