Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ-nin üzvü ola bilməz.
Almaniya kansleri Fridrix Merts bildirib ki, hərbi vəziyyət qüvvədə olduğu müddətcə Ukrayna Avropa Birliyinə qoşula bilməz.
Qaziler.az bildirir ki, TASS siyasətçinin sözlərinə istinadən xəbər verir.
O hesab edir ki, müharibə vəziyyətində olan dövlət tam üzvlük tələblərinə cavab vermir.
O, həmçinin Ukraynaya indi assosiativ tərəfdaş statusu verilməsini və nəticədə Aİ-yə inteqrasiya ehtimalının verilməsini təklif edib.
Merts vurğulayıb ki, belə mərhələli yanaşma mövcud Avropa müqavilələrində dəyişikliklər tələb etməyəcək.
QAZİLER.AZ



