Estoniyada təhsil naziri rus dilində danışdığına görə tənqid edilib

Estoniyada təhsil naziri rus dilində danışdığına görə tənqid edilib backend

Estoniya Təhsil və Tədqiqat Naziri Kristina Kallas Koxtla-Järve Dövlət Gimnaziyasında keçirilən məzun mərasimində çıxışının bir hissəsini rus dilində etdikdən sonra tənqidlərlə üzləşib.

Qaziler.az bildirir ki, bu barədə 19 iyun tarixində Estoniya İctimai Yayımı (ERR) məlumat verib.

Kallas özü izah edib ki, çıxışının əsas hissəsi eston dilində olub və o, uşaqlarının dövlət dilində təhsilini dəstəkləyən ailələrə ünvanlanan yalnız bir neçə cümləni rus dilində söyləyib.

Estoniyanın keçmiş təhsil naziri Tõnis Lukas da nazirin hərəkətlərini tənqid edib.

O, hökumət üzvlərinin, xüsusən də eston dilində tədrisə keçən bölgələrdə rəsmi çıxışlarının yalnız dövlət dilində olması lazım olduğunu bildirdi.

QAZİLER.AZ