Hindistanlı rahib artıq beş ildir ki, fasiləsiz olaraq ayaq üstə durur.
Qaziler.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazır.
Yazıda bildirilib ki, Daulat Giri Ci Maharaj "Khareşvari" dini sektasına mənsubdur. Bu cərəyanın ardıcılları mənəvi təcrübə və tövbə forması olaraq daim ayaq üstə qalmaq andı içirlər.
Rahibin sözlərinə görə, onun məqsədi ruhunu təmizləmək və tanrı Şivaya yaxınlaşmaqdır. Andını yerinə yetirmək üçün o, oturmaqdan və uzanaraq yatmaqdan tamamilə imtina edib.
Belə ekstremal yükə tab gətirmək üçün Daulat ayaq üstə dincəlməsinə imkan verən xüsusi kəmərlərdən və asma konstruksiyalardan istifadə edir. Yatarkən isə o, üfüqi vəziyyət almadan özünəməxsus bir yelləncəyə söykənərək dincəlir.
Lakin illərlə ayaq üstə qalmaq onun sağlamlığına ciddi təsir göstərib. Belə ki, qan dövranının pozulması səbəbindən rahibin ayaqları bərk şişib və qaralıb. Rahibin vəziyyətini dəyərləndirən həkimlər xəbərdarlıq ediblər ki, tam istirahət etmədən bir müddət də şaquli vəziyyətdə qalmaq ağır fəsadlara yol açacaq.
QAZİLER.AZ



