Ukraynaya silah alması üçün 1 milyard dollar ayrılacaq

Ukraynaya silah alması üçün 1 milyard dollar ayrılacaq backend

Ukraynanı dəstəkləyən ölkələr NATO və ABŞ-nin PURL təşəbbüsü çərçivəsində silah tədarükü üçün 1 milyard dollar ayıracaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə Brüsseldə Ukrayna üzrə Təmas Qrupunun iclasının yekunlarına istinadən Polşa mediası məlumat yayıb.

PURL təşəbbüsü 14 iyul 2025-ci il tarixində ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən elan edilib. Bu təşəbbüs hava hücumundan müdafiə (HHM) vasitələri, sursatlar və ehtiyat hissələri də daxil olmaqla, Amerika istehsalı olan silahların satın alınması üçün nəzərdə tutulub.

Ukrayna üçün Amerika silahlarının satın alınmasını maliyyələşdirmək təşəbbüsü ABŞ administrasiyasının Kiyevə pulsuz silah tədarükünü davam etdirməkdən imtina etməsindən sonra ortaya çıxıb.

QAZİLER.AZ