Konqoda Ebola xəstələri ac qaldıqları üçün xəstəxanadan qaçırlar

Konqoda Ebola xəstələri ac qaldıqları üçün xəstəxanadan qaçırlar backend

Konqo Demokratik Respublikasında Ebola epidemiyasına yoluxmuş və ya yoluxduğuna dair şübhəli bilinən pasiyentlər qida çatışmazlığı və pis şərait səbəbindən müalicə mərkəzlərindən qaçırlar.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Konqo Demokratik Respublikasında Ebola xəstələri yemək axtarışı üçün müalicə mərkəzlərindən qaçırlar. Bu isə aclığın virusun qarşısının alınması yolunda necə əsas maneələrdən birinə çevrildiyini nümayiş etdirir", - agentlik yazır.

Qeyd olunur ki, mayın sonundan bəri hökumət hesabatlarında epidemiya xəstələri üçün nəzərdə tutulmuş mərkəzlərdən 150-dən çox qaçış halı qeydə alınıb. Əldə edilən məlumatlara əsasən,hətta Ebola şübhəsi olan 11 pasiyent qeyri-kafi qidalanma səbəbindən karantindən qaçıb.

Konqo Demokratik Respublikasının səhiyyə naziri Samuel Rocer Kamba daha əvvəl ölkədə Eboladan ölənlərin sayının 230-u keçdiyini, təsdiqlənmiş yoluxma hallarının sayının isə 900-ə yaxınlaşdığını bildirmişdi.

QAZİLER.AZ