Rusiya Prezidenti Vladimir Putin öz ordusunun evə qayıtmasından və müharibənin bitməsindən qorxur.
Qaziler.az "RBC-Ukraine" nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.
"Putin öz ordusunun evə qayıtmasından, buna görə də müharibənin qələbəsiz bitməsindən çox qorxur. Qələbə isə olmayacaq. O, öz ordusundan fiziki olaraq qorxur, odur ki, konkret təhlükəsizlik təminatları olmadan müharibənin dayandırılması baş verməsə, o, müharibəyə geri dönəcək. Və bu dəfə digərləri zərbə altında qala bilər", - deyə prezident bildirib.
Zelenski əlavə edib ki, Putin ömrünün sonuna qədər Kremldə qalacaq və onun yalnız bir məqsədi var - Sovet İttifaqını bərpa etmək. Lakin Ukrayna olmadan bu, qeyri-mümkündür.
QAZİLER.AZ



