Son saat yarım ərzində Kamçatka sahillərində maqnitudası 6.7-yə qədər olan 12-dən az olmayaraq güclü zəlzələ qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Filialın "Telegram" kanalında bildirilib ki, güclü təkanlar saat 06:51-də başlayıb. İlk təkanın maqnitudası 5.5 olub. Daha sonra maqnitudası 6.7 bal gücündə olan ən güclü zəlzələ qeydə alınıb. Davamında nisbətən zəif təkanlar olub. Həmçinin saat 07:52-də maqnitudası 6.2, saat 08:03-də isə maqnitudası 5.3 olan zəlzələ qeydə alınıb.
Zəlzələlərin hamısı Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhərindən təxminən 150-180 km məsafədə baş verib.
QAZİLER.AZ



