İsrail Livanın cənubuna yeni zərbələr endirdi

İsrail Livanın cənubuna yeni zərbələr endirdi backend

İsrail Müdafiə Ordusu (SAXAL) iyunun 19-na keçən gecə Livanın cənubundakı "Hizbullah" hərəkatının obyektlərinə zərbələr endirib.

Qaziler.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.

SAXAL-ın mətbuat xidmətinin məlumatına görə, terror təşkilatı “Hizbullah” tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasından sonra, İsrail ordusu gecə boyu zərbələr endirib və Livanın cənubundakı bir neçə rayonda yerləşən “Hizbullah” terrorçularına və infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edib.

Qeyd edək ki, iyunun 18-də İsrailin Baş naziri Benyamin Netanyahu İsrail öz təhlükəsizliyini təmin etmək niyyətində olduğu üçün hələlik qoşunlarını Livanın cənub ərazisindən çıxarmağı planlaşdırmadığını bəyan etmişdi.

QAZİLER.AZ